Kursk sərhəd bölgəsini Ukrayna ordusundan azad etmək üçün döyüşlərdə iştirak edən Şimali Koreya əsgərləri keçmiş “Vaqner” özəl hərbi şirkətin döyüşçülərinə oxşar xüsusiyyətlər nümayiş etdiriblər.
Herbiand.az bildirir ki, bu barədə “Novorossiya” Telegram kanalı xüsusi hərbi əməliyyatda iştirak edən anonim zabitə istinadən məlumat yayıb.
Rusiyalı hərbçisinin sözlərinə görə, KXDR əsgərləri “Vaqner” döyüşçüləri ilə eyni qətiyyət və təslim olmaqdan imtina etməsi ilə seçilir. O, bölmələr arasında dostluq əlaqələrinin qurulduğunu da qeyd edib: “Onlar (KXDR ordusunun əsgərləri - red.) özləri üçün qumbara daşımaq adəti olan bizim vaqnerçilərə bənzəyir. Yeri gəlmişkən, bizim keçmiş “musiqiçilərimiz” söhbətimiz zamanı dərhal onları özlərininki kimi qəbul etdilər”.
Bəxtiyar CƏFƏRLİ