Ukraynada döyüş təcrübəsi olmayan və sağlamlıqla bağlı məhdudiyyəti olan ərazi çağırış mərkəzlərinin (hərbi komissarlıq - red.) əməkdaşları cəbhəyə göndəriləcək.
Herbiand.az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı özünün Telegram kanalında məlumat yayıb.
“Döyüş təcrübəsi olmayan və müvafiq sağlamlıq məhdudiyyəti olmayan ərazi çağırış mərkəzlərinin hərbi qulluqçuları döyüş bölgələrində tapşırıqları yerinə yetirən bölmələrdə xidmətə göndəriləcək”, - idarənin məlumatında deyilib.
Ukrayna Baş Qərargahı əlavə edib ki, cəbhəyə göndərilən hərbi komissarların vəzifələrini Ukrayna Silahlı Qüvvələrinin əvvəllər yaralanmış və döyüş tapşırıqlarını yerinə yetirə bilməyən əsgərləri tutacaq. Açıqlamaya görə, ərazi çağırış mərkəzlərinin əməkdaşlarının 70 faizi artıq döyüş təcrübəsinə malikdir və təxminən yarısı cəbhə xəttində yaralanıb.
Bəxtiyar CƏFƏRLİ