AZ

“Toy mahnısını efirə gətirmək olmaz” - VİDEO

Meyxanaçı Rüfət Nasosnu efirdəki bayağı mahnıları tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.

Söz ustadı deyib ki, trenddəki mahnıların çox az hissəsi sənət nümunəsidir:

“Toy mahnısını efirə gətirmək olmaz. Pul qazanmaq üçün sənətdən çox ara mahnıları gündəmdədir. Yeganə adamam ki, pul vermədən 2 ay yarım trenddə qalmışam. Özü də birinci yerdə. Heç qəpik də verməmişəm. Sizin dövrdə TikTok var idi, bizdə yox idi. Trenddə sənət azdır. 25-30 musiqidən, maksimum üç mahnı sənət nümunəsi olar”.


Sara, Bizim.Media

Seçilən
0
1
bizim.media

1Mənbələr