Avropada 2025-ci ilin birinci rübündə ən çox satılan avtomobil "Renault Clio" modeli olub.
HİT.az xəbər verir ki, bu barədə "Focus2Move" portalı məlumat yayıb.
Fransız avtomobil istehsalçısı "Renault" tərəfindən 1990-cı ildən istehsal olunan bu kiçik model ilin əvvəlindən Avropada 72 223 ədəd satılaraq "Dacia Sandero" modelini geridə qoyub. İkinci yeri məhz "Dacia Sandero", üçüncü yeri isə "Dacia Duster" adlı kompakt krossover-pikap tutub.
2025-ci ilin birinci rübündə Avropada ən çox satılan 10 avtomobil:
1. Renault Clio – 72 223 ədəd (+8,3%)
2. Dacia Sandero – 68 695 ədəd (−9%)
3. Dacia Duster – 60 562 ədəd (+23,1%)
4. Volkswagen Golf – 59 905 ədəd (−11,5%)
5. Volkswagen T-Roc – 58 339 ədəd (+10,3%)
6. Citroen C3 – 53 793 ədəd (−9,6%)
7. Volkswagen Tiguan – 52 123 ədəd (+25,2%)
8. Opel Corsa – 49 898 ədəd (+2,3%)
9. Nissan Qashqai – 49 178 ədəd (−5,1%)
10. Peugeot 208 – 48 065 ədəd (−0,2%)
Qeyd edək ki, mart ayında təkcə bir ay üzrə ən populyar avtomobil "Peugeot 208" olmuşdu. İkinci yerdə "Dacia Sandero", üçüncü yerdə isə "Renault Clio" qərarlaşmışdı. İlk onluğu isə "Ford Puma" tamamlayırdı.
Samir