AZ

Dünya ulduzu Türkiyə nəhənginə gəlir -

“Qalatasaray” yeni mövsüm üçün transfer işlərini davam etdirir. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi “Əl-Nəssr”in futbolçusu Sadio Maneni transfer etmək istəyir. Bildirilir ki, futbolçu özü də Səudiyyə Ərəbistanından ayrılmaq istəyir. Onun Avropada futbol oynamaq istədiyi irəli sürülür. Xəbərdə deyilir ki, “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz mövsümün sonunda komandadan ayrılacaq. Klub onun əvəzinə Maneni transfer etmək istəyir. Tərəflər arasında danışıqların məhsuldar keçdiyi və seneqallı futbolçunun Türkiyədə futbol oynamağa razılıq verdiyi iddia edilir.

Qeyd edək ki, Sadio Mane “Əl-Nəssr”in heyətində 90 oyunda 29 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
1
metbuat.az

1Mənbələr