“Aston Villa”nın hücumçusu Markus Reşford zədə səbəbindən mövsümün qalan hissəsini buraxa bilər.
Msport.az xəbər verir ki, həm də forvardın müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”dəki gələcəyi də sual altına düşüb.
Birmingem klubunun baş məşqçisi Unay Emeri ulduz futbolçunun məşqdə zədələndiyini bildirib: “O, bu həftə məşqdə zədələndi və dünən tibbi testlər keçirdik. Problem arxa dizaltı vətərdədir. Hər oyundan əvvəl vəziyyətini yoxlayacağıq. Amma hazırda zədəlidir və yəqin ki, bir neçə həftə meydanda olmayacaq”.
Bu zədə Reşfordun gələcəyini çətinləşdirə bilər. “Aston Villa”nın futbolçunu “Mançester Yunayted”dən 40 milyon funt-sterlinqə transfer etmək hüququ var. Lakin oyunçunun təsirli statistik göstəricilərinə (17 oyunda 10 məhsuldar ötürmə) baxmayaraq, klubun bu hüquqdan istifadə edib-etməyəcəyi məlum deyil.