AZ

Azərbaycanın qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir - XİN

Bakı. Trend:

Azərbaycanın qanunun aliliyinə verdiyi təminat bəzi şəxslərəpeşə fəaliyyətlərinə görə xüsusi imtiyazlar vermir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasınıninsan hüquqları üzrə komissarı Maykl O’Flahertinin Azərbaycanəleyhinə bəyanatına cavabında deyilir.

"Milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraqAzərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarınatəminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı,sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinəyetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəməinstitutları tərəfindən qorunur.

Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyitəminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlarvermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdənazad etmir. Eyni zamanda, insan hüquqları üzrə komissarınbəyanatında adıçəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyintələblərinin kobud şəkildə pozulması ilə bağlı ittiham irəlisürülüb, cinayət-prosessual məcəlləyə ciddi riayət edilməkləmüvafiq araşdırmalar aparılıb, onların məhkəmə qarşısında bütünhüquqları tam təmin edilib", - deyə A.Hacızadə bildirib.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr