Bakı, 29 aprel, AZƏRTAC
Paytaxtın Xətai rayonunun Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) aprelin 29-u axşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.