Bakı. Trend:
29 aprel 2025-ci il tarixində Avropa Şurasının (AŞ) insanhüquqları üzrə komissarı Maykl O’Flahertinin Azərbaycanda aparılanbəzi istintaq işləri, habelə bu yaxınlarda verilmiş məhkəməqərarları ilə bağlı səsləndirdiyi qəbuledilməz, əsassız və tamamiləqərəzli bəyanatını qətiyyətlə rədd edirik.
Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadənin Avropa Şurasının insan hüquqları üzrə komissarı MayklO’Flahertinin Azərbaycan əleyhinə bəyanatına cavabında deyilir.
"Sözügedən bəyanat Azərbaycanın daxili işlərinə və məhkəməproseslərinə davam edən müdaxilə istiqamətində növbəti uğursuzcəhddir. Milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğunolaraq Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarınatəminat verilir və onlara tam hörmət edilir. Bununla yanaşı,sözügedən hüquq və azadlıqlar Azərbaycanın öz vəzifələrini yerinəyetirmək üçün müstəqil şəkildə fəaliyyət göstərən köklü məhkəməinstitutları tərəfindən qorunur.
Azərbaycanın öz suveren ərazilərində qanunun aliliyinə verdiyitəminat bəzi şəxslərə peşə fəaliyyətlərinə görə xüsusi imtiyazlarvermir, habelə onları ölkə qanunlarının tələblərinə əməl etməkdənazad etmir. Eyni zamanda, insan hüquqları üzrə komissarınbəyanatında adıçəkilən şəxslərə qarşı müvafiq qanunvericiliyintələblərinin kobud şəkildə pozulması ilə bağlı ittiham irəlisürülüb, cinayət-prosessual məcəlləyə ciddi riayət edilməkləmüvafiq araşdırmalar aparılıb, onların məhkəmə qarşısında bütünhüquqları tam təmin edilib.
Biz Avropa Şurasının insan hüquqları üzrə ali komissarınıAzərbaycanın müstəqil məhkəmə orqanlarında davam edən araşdırmalaramüdaxilə etməkdən, habelə qəbuledilməz təzyiq göstərməkcəhdlərindən çəkinməyə, əvəzində isə diqqəti bir sıra digər AŞölkələrində insan hüquqları sahəsində mövcud çoxsaylı sistematikproblemlərə, artan İslamafobiyaya, miqrantlara və sığınacaq axtaranşəxslərə qarşı ləyaqəti alçaldan rəftara, siyasi təqiblərə,həbsxanalarda baş verən ölüm hallarına, Avropa institutlarındageniş yayılmış korrupsiyaya və s. fokuslanmağa çağırırıq".