TBİLİSİ, 29 aprel. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistana səfəri çərçivəsində bütün ermənilərin katalikosu II Qareginlə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, görüşdə gürcü və erməni xalqları arasında çoxəsrlik tarixi dostluq, Gürcüstanın Pravoslav Kilsəsi və Erməni Apostol Kilsəsi arasında münasibətlər müzakirə olunub.
M.Kavelaşvili Cənubi Qafqazda sülh şəraitində birgəyaşayışın və əməkdaşlığın vacibliyini vurğulayıb. O, Gürcstanın uzunmüddətli sabitlik və inkişafın təmin edilməsi üçün regional dialoqa töhfə verməyə hazır olduğunu bildirib.