AZ

Saatlıq əməkhaqqı sistemi nəyi dəyişəcək?VİDEO

“Saatlıq əməkhaqqı sistemi gələcəkdə müəyyən işçilərlə işəgötürənlər arasında bağlanan əmək müqaviləsinin daha çevik formada bağlanmasına imkan verəcək”.

Bunu “Xəzər Xəbər”ə Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bir işçi 1 ay ərzində həftədə 40 saat, ayda 167 saat tam işləyirsə, ona 400 manatdan aşağı əməkhaqqı ödənilməsi qadanğandır. “400 manatı 167-yə böldükdə isə hər saata 20 manat 40 qəpik edir. Bu dinamika isə arta –arta gedəcək. Minimum əməkhaqqından yüksək əməkhaqqı alanların maaşına bu sistem təsir etməyəcək. Yəni bir işçi 8 saat işləyib 1000 manat əməkhaqqı alırsa, belə də davam edəcək”,- deyə Sahib Məmmədov bildirib.

Seçilən
2
xezerxeber.az

1Mənbələr