AZ

Pentaqon Rusiya-Ukrayna müharibəsindən nəticə çıxararaq yeni “Abrams” hazırlayacaq

Ukrayna münaqişəsinin təcrübəsi amerikalı və avropalı dizaynerlər üçün mühüm dərs olub. Qərb başa düşüb ki, ağır texnikaları təkmilləşdirmək lazımdır.

Herbiand.az bu barədə RİA Novosti-yə istinadən bildirir.

Məlumata görə, ABŞ-da yeni əsas döyüş tankının yaradılması məsələsi hələ 2023-cü ildə müzakirə olunmağa başlayıb. Bundan sonra Pentaqon M1A2 modernizasiyasının dördüncü variantının tamamlandığını elan edib və M1E3 modelini yaratmağı planlaşdırır. Qeyd olunub ki, həmin vaxta qədər “Abrams” 40 ildən çox ABŞ Silahlı Qüvvələrində xidmətdə olub.

Pentaqonun yüksək vəzifəli şəxsləri hesab edir ki, mövcud platforma artıq təkmilləşdirmə üçün bütün imkanları tükədib. Tankın daha da modernləşdirilməsi onsuz da ağır olan 65 ton çəkisini artırardı. Müxtəlif hərbi analitiklərin fikrincə, M1E3-ün ən mühüm yeniliyi aktiv müdafiə olacaq. Tankın yeni versiyası da pilotsuz qüllə alacaq. Həmçinin, digər yeniliklər də nəzərdə tutulub.

Hesablamalara görə, yeni tankın yaradılması 65 ay çəkəcək. Lakin ABŞ Ordusunun Baş Qərargah rəisi Rendi Corc bu müddətləri çox uzun adlandırıb və prosesin sürətləndirilməsini tələb edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr