AZ

Moskvada keçiriləcək "9 May Qələbə Paradı"na hansı ölkə liderləri qatılacaq? - SİYAHI

Rusiya tərəfi Qələbə Paradına 20-dən çox liderin qatılacağını təsdiqləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq ənənəvi Qələbə Paradında iştirak edəcək. 

Operativ Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi artıq 20-dən çox liderin qatılacağını təsdiqləyib.

Onlar arasında Çin Xalq Respublikasının Sədri Si Cinpin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Kuba Prezidenti Migel Dias-Kanel, Braziliya Prezidenti Luis İnasio Lula da Silva, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və başqaları qeyd olunub.

Eyni zamanda Fələstin lideri Mahmud Abbas, Serbiya Prezidenti Aleksandr Vuçiç, Slovakiya Baş naziri Robert Fitso, Tacikistan Prezidenti Emomali Rahmon, Qırğızıstan Prezidenti Sadır Japarovun da tədbirdə iştirakı gözlənilir.

Qeyd olunub ki, Hindistanın Baş naziri Narendra Modi və Monqolustan Prezidenti Uxnaagiyn Xürelsüx dəvət olunmalarına baxmayaraq hələlik iştiraklarını təsdiqləməyiblər.

Seçilən
2
operativmedia.az

1Mənbələr