ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub.
Ölkə.az xəbər verir ki, bu barədə Miçiqan konqresmeni Şri Tanedar sosial şəbəkədə məlumat verib.
"Mən prezident Trampa qarşı impiçment maddələri təqdim etmişəm. Tramp Konstitusiyaya, Konqresə və məhkəmələrə məhəl qoymayanda o, Amerika üçün mübarizə aparmır. O? demokratiyamızı təhlükə altına qoyur", - konqresmen yazıb.
Tanedar deyib ki, o, Trampı bir sıra ciddi qanun pozuntularında ittiham edərək, 7 impiçment maddəsi qaldırıb.
"Yeddinci Maddə - Hakimiyyətdən tiranlıqla sui-istifadə. Tramp qeyri-məhdud hakimiyyəti cəmləşdirməyə və prezidentliyin konstitusiya sərhədlərini məhv etməyə çalışır. Ölkəmizdə padşahlar yox, prezidentlər var. Bu, sadəcə olaraq, cinayət deyil, bu, impiçment edilə bilən bir cinayətdir", - Tanedar vurğulayıb.
Mürtəza
Ölkə.az