AZ

Milyonlarla vergi borcu olan şirkətlər bağlandı

İki şirkət "AZLAHİYƏ İNŞAAT" MMC-yə qoşularaq ləğv olundu.

Valyuta.az xəbər verir ki, "KOMETA-A" Məhdud Məsuliyyətli Cəmiyyəti  və "ALTİS" Məhdud Məsuliyyətli Cəmiyyəti "AZLAHİYƏ İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşularaq ləğv edildiklərini elan ediblər.

"KOMETA-A" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğlu olub. Hazırda şirkətin 1.312.054,16 manat məbləğində vergi borcu mövcuddur.

"ALTİS" MMC də 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, nizamnamə kapitalı isə 10 manat təşkil edir.

Qeyd edək ki, şirkətləri birləşdiyi "AZLAHİYƏ İNŞAAT"ın da 6142328.21 manat vergi borcu var. Şirkət 2012-ci ildə "AVEY-V 2012" MMC adı ilə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur. 

Maya Hüseynova

Seçilən
3
1
valyuta.az

2Mənbələr