AZ

DTX: Gürcüstanda hakimiyyətin zorakı yolla dəyişdirilməsi planlaşdırılıb

TBİLİSİ, 29 aprel. TELEQRAF

Gürcüstan ərazisində və onun hüdudlarından kənarda fəaliyyət göstərən müəyyən qrup şəxslər ölkədə vətəndaş qarşıdurmaları yaratmağı və sabitliyi pozmağı planlaşdırıblar, son məqsəd hakimiyyəti zorakı yolla dəyişdirmək olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2024-cü il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, ayrı-ayrı qrupların əməlləri xarici ölkələrdən maliyyələşmə əsasında parlamentdə təmsil olunan və olunmayan konkret siyasi partiyaların, QHT rəhbərləri tərəfindən istiqamətləndirilib.

Seçilən
3
teleqraf.com

1Mənbələr