AZ

Regionlarımızda fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxartmağı hədəfləyirik - Telman Əliyev

Bakı. Trend:

Regionlarımızda fəaliyyət göstərən sahibkarların məhsul vəxidmətlərini beynəlxalq bazara çıxartmaq əsas hədəflərimizdənbiridir.

Trend xəbərverir ki, bu sözləri "Caspian Energy Club"ın sədri və Qrupun Başİcraçı direktoru Telman Əliyev bu gün Bakıda Milli Biznesinİnkişafı Forumunda deyib.

"Biz Azərbaycan Milli Biznes Assosiasiyası brendini dövlətbaşçısının tapşırığı ilə 7 il ərzində idarə edəcəyik. Məqsəd odurki, dünyanın 100 ölkəsində Milli Biznes Assosiasiyasnın "Milli Biz"adlı nümayəndəliyini açaq", - deyə T. Əliyev bildirib.

"Həm regionlarda fəaliyyət göstərən sahibkarların, həm dəxaricdə biznesini quran soydaşlarımızı, həmçinin Azərbaycanı sevənşirkətləri bu çətir altında birləşdirib çalışacağıq ki,Azərbaycanın regionlarına investisiyalar cəlb edək. Regionlarımızdafəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini beynəlxalqbazara çıxartmaq əsas hədəflərimizdən biridir", - T. Əliyev qeydedib.

Seçilən
2
az.trend.az

1Mənbələr