"Ev oyunlarımızı Yevlaxda keçirəcəyik".
Bu sözləri "Karvan"ın baş məşqçisi Kənan Kərimov apasport.az-a açıqlamasında deyib.
Kərimov yeni mövsümdən komandanın doğma azarkeşlər qarşısında çıxış edəcəyini bildirib:
"Çox güman ki, ev oyunlarımızı Yevlax şəhər stadionunda, öz azarkeşlərimiz qarşısında oynayacağıq. Rəhbərlik stadionun təbii ot örtüyünün süni örtüklə əvəz edilməsi barədə qərar qəbul edib. Çox güman ki, Yevlax azarkeşləri öz doğma komandalarını stadionda canlı izləyə biləcəklər. Bunun üçün çalışırıq".
Qeyd edək ki, "Karvan" Birinci Liqada cari mövsümün sonuna 4 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.
“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub
Mahir Emrelinin bilək sümüyü qırılıb
Vaqif Cavadov: "Başqa məşqçilərə belə suallar verə bilirsiz?"
Samir Abasov: “Bütün gün gələcək barədə fikirləşirik”
Sumqayıtda hərəyə 2 qol, 1 xal - YENİLƏNİB