“Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri cənab Məhəmməd İshaq Dar ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimizin uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Görüşdə Azərbaycan – Pakistan iqtisadi əməkdaşlığının potensialının reallaşdırılması, ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr aparılıb