Pakistanın Bəlucistan əyalətinin Nauşki bölgəsində yanacaq tankeri partlayıb.
Axar.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 2 nəfər həyatını itirib, 56 nəfər isə yaralanıb.
Yaralananlar arasında yanğınsöndürmə xidməti əməkdaşları da var.
Hadisə ilə bağlı araşdırma aparılır.