Azərbaycan Premyer Liqasında sona 4 tur qalmış çempionluğu rəsmiləşdirən “Qarabağ”ın kuboku alacağı tarix bəlli olub.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisi mükafatı son ev oyununda alacaq.
Bu, ölkə çempionatının 35-ci turuna təsadüf edəcək. Həmin turda komanda “Azersun Arena”da “Kəpəz”i qəbul edəcək. Qarşılaşmanın dəqiq tarixi bəlli olmasa da, təxminən mayın 16-18-i aralığı keçirilməsi planlaşdırılır.
Matçdan sonra AFFA və PFL rəhbərliyi “Qarabağ”a çempionluq kubokunu, qızıl medalları təqdim edəcək.