AZ

İran prezidentinin Azərbaycana rəsmi səfərə gəlməsi olduqca əhəmiyyətli hadisədir



"Azərbaycan və İran İslam Respublikası arasında münasibətlər ortaq tarixi, dini və mədəni irsə dayanır. Müasir mərhələdə dövlətlərarası əlaqələrimiz dalğalı xətt üzrə inkişaf etsə də, 44 günlük Vətən Müharibəsi və səfirliyimizə edilən terror hücumundan sonra qopma həddinə çatdı. Lakin, prezident Məsud Pezeşkinanın Cənubi Qafqazın geosiyasi mənzərəsinin dəyişdiyi vaxtda Azərbaycana rəsmi səfərə gəlməsi olduqca əhəmiyyətli hadisədir".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə İran prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, İran ətrafında vəziyyət stabil deyil:

"ABŞ - ın müharibə təhdidləri fonunda daxildə iqtisadi böhranın dərinləşməsi Tehranı qeyri-müəyyən yanaşmalardan çəkinməyə və faydalı tərəfdaşlıqlar qurmağa sövq edir. Bu kontekstdə güclü və suveren Azərbaycan İran üçün təhdid deyil, əksinə, çıxış yoludur".

Pərviz Mirizadə deyib ki, İran Azərbaycanla iqtisadi-ticari əlaqələri genişləndirmək istəyir:

"Ötən il qeydə alınan 580 milyonluq ticarət dövriyyəsi 2023-cü ildəki göstəricidən yüksək olsa da mövcud potensial və perspektivlər çərçivəsində kifayət deyi. Tərəflər yaxın illərdə bu rəqəmi 10 milyard həcminə çatdırmağı hədəfləyir. Təbii ki, bu sözlə yox, faydalı biznes mühitinin formalaşdırılması ilə təmin edilə bilər. Məhz bu səbədən cənab Pezeşkinanın səfərində özəl sektor nümayəndələrinin geniş tərkibdə iştirakı qarşıya qoyulan hədəfə çatmaq üçün əməli addımların atılacağına işarədir. Bütün bunlar onu deməyə əsas verir ki, rəsmi Tehran və Bakı ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdə həmfikirdir".

Süleyman
Seçilən
2
newscenter.az

1Mənbələr