Gürcüstan Ermənistan və Azərbaycanın 2025-ci il martın 13-də sülh sazişinin şərtləri üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını birmənalı olaraq alqışlayır.
Herbiand.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşdən sonra keçirdiyi brifinqdə deyib.
Mixail Kavelaşvili bu bəyanatı mühüm prosesin başlanğıcı adlandırıb:
“Hesab edirik ki, bu, Cənubi Qafqazın dinc, təhlükəsiz, sabit və inkişaf etmiş regionunun yaradılması üçün gələcək birgə səyləri tələb edən mühüm prosesin başlanğıcıdır. Ümid edirik ki, Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi imzalayacaq və bununla da Cənubi Qafqazda müsbət inkişaf dinamikasını və regionun cəlbediciliyini artıracaq”.