ABŞ Prezidentinin müşavirləri Trampa qarşı impiçment başladılması ehtimalını ciddi şəkildə nəzərdən keçirirlər.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Tramp iki dəfə impiçment təşəbbüsü göstərilən yeganə ABŞ lideridir: “Onun komandası bu prosesin Ağ Evin işinə və ümumi gündəmə necə təsir edə biləcəyini çox yaxşı başa düşür”.
Trampın müşavirlərindən biri olan Con Maklaflin hesab edir ki, impiçment imkanı Nümayəndələr Palatasındakı respublikaçılara fikir ayrılıqlarını kənara qoymaq və Trampın iqtisadi platformasını dəstəkləmək üçün "güclü çağırışdır".