AZ

Azərbaycanda yeni yaradılan "DH Volley Baku" klubunun təqdimat mərasimi keçirilib

Azərbaycanda qadın voleybolçulardan ibarət yeni yaradılan "DH Volley Baku" klubunun təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə klub prezidenti Şərəf Yalçın, həmçinin digər rəsmilər, məşqçilər və komandanın üzvləri iştirak ediblər.

Ş.Yalçın yeni yaranan komandaya uğurlar arzulayıb:

“Yeni mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyətimizi həm Azərbaycan milli komanda üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla “DH Volley” olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubumuzun əsas vizyonu, qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə “DH Volley”i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”.

Sonda 5 yerli voleybolçu ilə müqavilə imzalanıb.

Qeyd edək ki, "DH Volley Baku" növbəti mövsümdən etibarən Yüksək Liqada çıxış edəcək.

Seçilən
0
4
report.az

8Mənbələr