AZ

Mehmet Ali Erbil və keçmiş sevgilisi arasında qalmaqal böyüdü!

Mehmet Ali Erbil və keçmiş sevgilisi arasında qalmaqal böyüdü!Keçmiş sevgilisi Gülseren Ceylanın təhqiramiz ifadələri ilə bağlı hərəkətə keçən Mehmet Ali Ərbil iki ayrı iddia qaldıraraq Ceylan haqqında uzaqlaşdırma qərarı aldırıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ərbilin bu hərəkətindən sonra Ceylan ifadə vermək üçün polis idarəsinə çağırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Gülseren Ceylan sosial media hesabından verdiyi açıqlamalarda Mehmet Ali Erbilə qarşı ciddi ittihamlar səsləndirib. Ceylan Ərbilin ona və ətrafına qarşı hörmətsiz davrandığını, qanunsuz mərc oyunlarını reklam etdiyini və evində insanları qumar oynatdırdığını iddia edib.

Faktla bağlı araşdırmalar davam edir.

Seçilən
3
sonxeber.az

1Mənbələr