AZ

Azərbaycanda elektrik enerjisi ilə bağlı xidmətlərin 83 %-i elektronlaşdırılıb

“Azərişıq” ASC-nin təqdim etdiyi xidmətlərdən 15-i elektron qaydada həyata keçirilir.

“Report” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda bildirib.

"Azərişıq” infrastruktur layihələri ilə yanaşı sahibkarlara göstərilən xidmətlər istiqamətində də genişmiqyaslı işlər görür. “Azərişıq” ASC tərəfindən təqdim olunan 18 xidmət növündən 15-i elektron şəkildə formalaşdırılıb. Qurum elektron xidmətləri təşviq edərək vətəndaşlara, xüsusilə də sahibkarlara öz yerlərini, ofislərini tərk etmədən şəbəkəyə qoşulmağı və yaxud daha sürətli xidmətlərin göstərilməsini təqdim edir",- R. Yusifov qeyd edib.

Onun sözlərinə görə, “Azərişıq” sahibkarların marifləndirilməsi və yaranan sualların cavablandırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə regionlarda hər ay müntəzəm olaraq fəaliyyət göstərir və onların suallarını cavablandırır.

Seçilən
0
1
report.az

2Mənbələr