Momuninin bəyanatından dərhal sonra Rusiyanın Tehrandakı səfirliyi özünün “X” hesabında Rusiya yanğınsöndürən təyyarələrinin Şəhid Rəcai limanı üzərində uçduğunu, su və yanğınsöndürən maye səpdiyini əks etdirən videolar yayıb.
Qeyd edək ki, bu İran rəsmilərinin qonşu yardımını dandığı ilk hal deyil. Keçən ilin mayında İran Prezidenti İbrahim Rəisini və başqa rəsmi şəxsləri daşıyan helikopter İran səmasında qəzaya uğramışdı. Qəza yerini müəyyən etmək üçün İran hakimiyyəti Türkiyədən yardım istəmişdi. Türkiyə dərhal İran ərazisinə “Akıncı PUA” göndərmişdi. “Akıncı” qısa zamanda düşən helikopterin yerini müəyyən etmiş və koordinatları İran tərəfinə ötürmüşdü. Lakin müəyyən vaxt keçəndən sonra İran məmurları “Akıncı”nın axtarışlarda iştirakını danmış və helikoplteri İran qüvvələrinin aşkar etdiyini elan etmişdi.
Türkiyənin PUA operatorları “Akıncı”nın helikopterin axtarışında həlledici rolunu isbat etmək üçün axtarış rayonunun üzərində ay-ulduz marşrutunu çəkmişdilər.