AZ

“AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə Rəhbər komitənin növbəti iclası olub (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC ABŞ”arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə Rəhbər komitəninnövbəti iclası keçirilib.

Rəhbər komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü– sədrin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçiriləniclasda saziş sahələrində həyata keçirilən fəaliyyətə dairgündəliyə daxil edilmiş məsələlər müzakirə olunub.

İclasda əvvəlcə “Gədəbəy” saziş sahəsi üzrə fəaliyyət planıçərçivəsində görülmüş işlər müzakirə olunub, yataqda istismarişləri ilə əlaqədar icrası nəzərdə tutulan infrastruktur layihələriüzrə təkliflərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Həmçinin Saziş üzrə dövləti təmsil etmək səlahiyyətinin“AzerGold” QSC-yə ötürülməsindən sonra digər saziş sahələrindəistismara hazırlıq işləri çərçivəsində yerli qanunvericiliyintələbləri və beynəlxalq standartlar əsasında həyata keçiriləntədbirlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün planlaşdırılanişlər müzakirə olunub.

Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəniidarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment GroupServices, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkilolunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyuntarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar,Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki),Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektivfiliz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsühaqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsiletmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

“AzerGold”
“AzerGold”
Məqalədə:
Seçilən
3
19
az.trend.az

10Mənbələr