"Barselona"nın gənc futbolçusu Lamin Yamal özünü heç kimlə müqayisə etmədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı vingeri tez-tez Messi ilə müqayisə edirlər:
"Mən özümü heç kimlə müqayisə etmirəm, eynilə Messi ilə. Mən Leoya heyranam, o, tarixin ən yaxşısıdır.
Mən sadəcə olaraq təkmilləşməyə diqqət edirəm, özümü digər oyunçularla müqayisə etməyin heç bir mənası yoxdur”.
Yamal cari mövsüm 48 oyunda 14 qol vurub və 24 məhsuldar ötürmə edib.