Polis psixotrop tərkibli həb satan şəxsləri saxlayıb
Abşeron və Sabunçu rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Operativ Media-ya DİN məlumat verib.
Tədbirlər zamanı 35 yaşlı Y.Quliyev və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı V.Əliyev saxlanılıblar. Onlardan 112 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.