Almaniyada keçmiş iqtisadiyyat və müdafiə naziri Karl-Teodor zu Quttenberq (53 yaş) ilə yeni iqtisadiyyat naziri Katerina Reyx (51 yaş) arasında romantik münasibət olduğu məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Focus” jurnalı məlumat yayıb. Nəşr yazıb ki, keçmiş nazir hazırda “etibarlı əllərdədir".
Cütlüyün vəkili Kristian Şerts müştərilərinin uzunmüddətli münasibətdə olduğunu təsdiqləyib və onların şəxsi həyatına hörmətlə yanaşmağa çağırıb.
Xatırladaq ki, vaxtilə Almaniyanın ən görkəmli simalarından biri olan Karl-Teodor zu Quttenberq 2011-ci ildə plagiat qalmaqalı ilə böyük siyasəti tərk edib. Keçmiş həyat yoldaşı Stefani ilə birlikdə onlar "Alman Kennediləri" sayılırdılar, lakin 2023-cü ildə cütlük boşandıqlarını açıqladı. Keçmiş nazir hazırda məsləhətçi, prodüser və kitab müəllifi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, bu birlik təkcə tərəfdaşların statusuna görə deyil, həm də siyasətdə və biznesdə əhəmiyyətli təsirə malik olduğu üçün diqqəti cəlb edir.