Onun sözlərinə görə, İspaniyanın enerji operatoru da hadisənin kiberhücum nəticəsində baş verməsi ehtimalını istisna edib. "Avropa Komissiyası məsələ ilə bağlı əlavə şərh verməyəcək və İspaniya hakimiyyətindən detallı məlumat gözləyəcək," - deyə Pinyu bildirib. Qeyd edək ki, daha əvvəl İspaniyadan olan Avropa komissarı Tereza Ribera bu hadisənin arxasında kiberhücumun dayana biləcəyini istisna etməmişdi.
Paula Pinyu əlavə edib ki, Avropa Komissiyası Pireney yarımadasının enerji sistemlərinin vahid Avropa enerji şəbəkəsinə inteqrasiyasının genişləndirilməsinin tərəfdarıdır. Bu, gələcəkdə bu kimi hallar zamanı digər Aİ ölkələrinin resursları ilə vəziyyətin daha sürətli sabitləşdirilməsinə imkan verəcək. Komissiya həmçinin baş verən hadisənin nəticələrinin hərtərəfli araşdırılacağını bildirib.
İspaniya və Portuqaliya birgə enerji şəbəkəsinə malikdir və bu şəbəkə Avropa İttifaqının ümumi enerji sisteminə bir neçə transpireney elektrik xətləri ilə qoşulub. Bu xətlərin ümumi gücü Pireney yarımadasının enerji sisteminin cəmi 2,8%-ni təşkil edir.
Aprelin 28-i günorta saatlarında İspaniyada elektrik enerjisi kəsilib. Nəticədə işıqforlar işləməyib, insanlar qatarlarda qalıb, ictimai nəqliyyat və xəstəxanaların fəaliyyəti pozulub. Mobil rabitə və internet xidmətlərində də problemlər yaşanıb. Yalnız gecə saatlarında enerji tədarükü tədricən bərpa olunmağa başlayıb. Hazırda Red Electrica operatoru enerji sisteminin fəaliyyətinin normallaşdığını bildirib.
İspaniya baş naziri Pedro Sançesin sözlərinə görə, hadisə zamanı sistemdə cəmi 5 saniyə ərzində 15 giqavatlıq enerji itirilib. Hələlik bu qəfil nasazlığın səbəbi məlum deyil və mütəxəssislər araşdırmaları davam etdirirlər. Sözgedən nasazlıq Portuqaliyaya da təsir edib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31