AZ

Elektrik enerjisinin kəsilməsi təxribatdır? - İspaniya araşdırır

İspaniya məhkəməsi aprelin 28-də İspaniya, Andorrada, Belçika, Fransa və Portuqaliyada elektrik enerjisinin kəsilməsini araşdırır. 

"Unikal" xəbər verir ki, bu barədə İspaniya Milli Məhkəmə Kollegiyası məlumat yayıb. 

İstintaqı hakim Xose Luis Kalama aparacaq. Bu versiya təsdiq olunarsa, o zaman elektrik kəsilməsinin təşkili İspaniya Cinayət Məcəlləsinə əsasən “terror cinayəti” hesab olunacaq.

Daha əvvəl İspaniya Meteorologiya Xidməti bəyan etmişdi ki, hava şəraiti ölkədə elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb ola bilməz.

Seçilən
0
unikal.az

1Mənbələr