AZ

Azərbaycanda yeni klub təqdim olundu Hədfimiz çempionluqdir

Azərbaycanda yeni yaradılan "DH Volley Baku" voleybol klubunun təqdimatı keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə klub prezidenti Şərəf Yalçın federasiya prezidenti Şahin Bağırova voleybolun inkişafına dəstək verdiyi üçün təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Bağırov Azərbaycan voleybolunu əvvəlki günlərinə qaytarıb. Yalçın yeni klubun sayəsində Azərbaycan millisini daha yaxşı yerlərə gətirmək istədiklərini bildirib: "Hədfimiz çempionluqdir".

Komandanın baş məşqçisi Fərid Cəlalov heyətə Azərbaycan millisinin voleybolçularını da cəlb etdiklərini söyləyib: “Hədəflərimiz bəllidir. Burada azərbaycanlı oyunçular var, bir neçəsini də çağırmaq istəyirik. 2025/26 mövsümü üçün yeni yaranan klubla böyük hədəflərə çatacağımıza inanırıq".

Kapitan Aynur İmanova isə bildirib ki, belə bir komandanın yaranması çox yaxşı təşəbbüsdür: "Təşəkkür edirəm ki, mənim üçün belə şərait yaradılıb. Yaxşı addımdır ki, sentyabrdan yox, indidən bu işlərə başlanılıb. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik”

Seçilən
1
1
teleqraf.com

2Mənbələr