"Real"ın futbolçusu Antonio Rüdiger əməliyyat olunub.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Diz bağındakı zədə səbəbindən əməliyyat edilən almaniyalı müdafiəçinin nə qədər yaşıl meydanlardan kənarda qalacağı hələlik açıqlanmayıb.
Bu mövsüm 32 yaşlı futbolçu bütün turnirlərdə 49 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.