Statistik məlumatlara görə hər ötən il nikah masasına oturanların sayı azalır. Cütlüklərin yerini getdikcə artan tək adam hekayələri alır. 2025- ci ilin yanvar ayında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən ilin əvvəlində rəsmi məlumat verilmidi. Həmin məlumata əsasən Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah və 1814 boşanma halları qeydə alınıb. Həmçinin 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,4-ə, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb.
Bəs bu səssiz geriləmənin kökündə nə dayanır? İqtisadi çətinliklərmi gəncləri ayaqlarını yerə daha bərk basmağa məcbur edir, yoxsa gələcəyə olan inamsızlıq, psixoloji təlatümlərmi ailə qurmaq istəyini zəiflədir? Sual açıq qalır: gənclərin ailə institutundan uzaqlaşmasının səbəbi cibində, yoxsa ürəyindədir?
Məsələ ilə bağlı sosioloq Roza Əliyeva Referans -a açıqlama verib. Roza Əliyevanın fikrincə boşanmaların əsas səbəblərindən biri maddi məsələlərdir. Yəni ilkin olaraq iqtisadi çətinlik buna səbəb yaradır. Hər ötən gün cəmiyyətimizdə qadınlar karyeralarını inkişaf etdirir müəyyən status qazanırlar yaxud da maddi rahatlıq tapırlar. Belə olduqda ailə qurub ailə məsuliyyəti və problemini yüklənmək istəmirlər. Bəzi kişilər də eynən ailə məsuliyyətindən qaçırlar.
Sosioloq onu da diqqətə çatdırıb ki, digər aspekt isə hər gün qarşılaşdığımız kriminal cütlük xəbərləridir. Eyni zamanda qarşı tərəfdən ailəyə edilən xəyanətlər də ciddi rol oynayır. Bununla da hər iki cinsi depressiyaya salır, ümidləri qırılır, güvənləri itir. Əlbəttə bu gənclərin psixologiyasına olduqca təsir edir. Son zamanlar ailə dəyərləri ilə yanlış fikirlər formalaşır.
"Bəzən ailədə psixoloji və fiziki şiddət görmüş yaxud da valideyininə qarşı zorakılıq görmüş şəxslər adətən gələcəkdə ailə qurmaqdan çəkinirlər.Ümumiyyətlə səbəblər müxtəlifdir. Bir çox nüanslar qeyd edə bilərik. Hazırda ən aktual olan isə maddiyatdır. Gənclərin ailə inistutundan uzaqlaşmasının səbəbi cibindədir"
Gülgəz Qədirova
Referans