AZ

Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib (FOTO)

Bakı. Trend:

İclasda hər iki ölkənin iş adamları arasında gələcəkəməkdaşlıq istiqamətlərinə, ortaq təşəbbüs və layihələrinreallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə ƏrəbistanıKrallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya,texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrəmüştərək Komissiyanın Ər-Riyadda keçirilən 8-ci iclası çərçivəsindəAzərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasıkeçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və SəudiyyəƏrəbistanının Palatalar Federasiyasının təşkilatçılığı iləkeçirilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları, ocümlədən sənaye, kənd təsərrüfatı, inşaat, əczaçılıq, xidmət,memarlıq və dizayn, logistika, turizm, bərpa olunan enerji kimisektorlarda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və biznesassosiasiyaların 30-a yaxın nümayəndəsi iştirak edib.

İclasda Azərbaycan Respublikasının Baş nazirinin müavini SamirŞərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Alfalehiki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşuvə ixrac imkanları barədə fikirlərini bölüşüblər.

İşgüzar Şuranın həmsədrləri - “Al Rajhi İnternational forİnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxil vəKOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də İxracın vəİnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçıdirektorunun müavini Zöhrab Qədirov işgüzar dairələr arasındaticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsiperspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarınagöstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədəməlumat veriblər.

İclasda işgüzar dairələrin iştirakı ilə ortaq təşəbbüslərin vəlayihələrin reallaşdırılması, əməkdaşlığın genişləndirilməsisahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasınınimkanlarından istifadə məsələlərinə dair fikir mübadiləsiaparılıb.

Tədbirdə “ACWA Power” tərəfindən təqdimat, iş adamları arasında“B2B” görüşlər də keçirilib.

Eyni zamanda KOBİA-nın təşəbbüsü ilə Azərbaycanın "ParlaPharmaceuticals" və Səudiyyə Ərəbistanının "National DevelopmentGroup Holding"i arasında əczaçılıq sahəsində Anlaşma Memorandumu,"ADO-G" (Azərbaycan) və "SMI/BLUE MASAR" (Səudiyyə Ərəbistanı)arasında isə dənizçilik infrastrukturu üzrə razılaşma sənədiimzalanıb.

Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Seçilən
2
50
az.trend.az

10Mənbələr