AZ

ADY Çindən müasir lokomotivlər alacaq

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCONHolding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları”QSC (ADY) Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yenilokomotiv və ehtiyat hissələri əldə edəcək.

Trend bu barədə “Azərbaycan Dəmir Yolları”QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, lokomotivlərin və ehtiyat hissələrinin alınmasıilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb.Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir.

Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchizolunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tiplimagistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaqtutumu və etibarlılığı ilə seçilir.

AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindənmüəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir.Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadəetməyə imkan verir.

Lokomotivlərin xüsusən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhliziüzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmətetmək məqsədilə istifadəsi nəzərdə tutulur.

Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınmasıplanlaşdırılır.

Qeyd edək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərüzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərintəhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə vəgenişləndirilməsinə ciddi önəm verir.

Seçilən
0
23
az.trend.az

10Mənbələr