BAKI, 29 aprel. TELEQRAF
Əgər Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dediyi kimi, Rusiyadan alınmış 1970-80-ci illərə aid silahlar “yaxşı” idisə, niyə Azərbaycanla müharibədə işləmədi?
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Respublika” Partiyasının sədr müavini Hayk Saakyan bildirib.
“Köçəryanı dinləyirəm və heyrətlənirəm, silah-sursatdan danışır, Ermənistanın Hindistandan (yararsız) silah almasından necə üzüldüyünü söyləyir. Deyir ki, “ən yaxşı silahlar” 70-80-ci illərə aid silahlardır. Baxın, indi Ukraynada o silahların başına hansı oyunu açırlar. Rusiyanın hava hücumundan müdafiə sistemləri necə raketlər atır? Baxın.
Əgər 70-80-ci illərin silahları bu qədər “yaxşı” idisə, niyə burada işləmədi? Ən yaxşı halda o silahlar yararsızdır, ən pis halda Rusiya (Ermənistanın) hava hücumundan müdafiə sistemini sıradan çıxarıb”, - siyasətçi qeyd edib.
Saakyan bildirib ki, Köçəryan prezident olarkən, borc müqabilində Ermənistanın mülklərini Rusiyaya verib.