Bakının "Zirə" klubunun sağ vinger Salifu Suma Rusiya "Spartak"ına transfer olmayacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə Rusiyanın "Evro-Futbol.Ru" mətbu orqanı məlumat yayıb.

Bir müddət öncə qonşu ölkənin mətbuatında "Spartak"ın 21 yaşlı qvineya-bisaulu futbolçu ilə maraqlandığı barədə məlumatlar tirajlanıb.

Lakin "qırmızı-ağlar"dan bildirilib ki, yayda bu mövqeyə oyunçu transferi planlaşdırılmır.

Qeyd edək ki, Suma cari mövsüm "Zirə"nin heyətində bütün turnirlərdə 37 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə verib. O, Premyer Liqanın bombardirləri siyahısında ikinci pillədə qərarlaşıb. 

Digər xarici klubların da maraq dairəsində olan futbolçunun transfer dəyəri 850 min avro dəyərləndirilir.