Yarım əsrin nəzəriyyəsi - “qara dəlik bombası” ideyası ilk dəfə olaraq laboratoriya mühitində həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “Southampton” Universitetində Marion Krombun rəhbərliyi ilə araşdırma aparılıb.
Fiziklər fırlanan sistemdən enerji oğurlayan bir prinsip olan 50 illik Zeldoviç nəzəriyyəsini eksperimental olaraq sübut edərək qara dəliklərin enerji gücləndirmə mexanizmlərinə işıq salıblar. Bu təcrübə ilə eksperimental olaraq sübut olunub ki, fırlanan cisimdən enerji oğurlamaq mümkündür.
Tapıntılara əsaslanaraq, komanda bir addım irəli gedərək “qara dəlik bombası”nın analoqunu yaratmağa müvəffəq olub. Təcrübə zamanı fırlanan metal silindr və az itkili rezonatordan istifadə edilərək, əvvəlcə sadəcə səs-küylü olan bir siqnalın zamanla eksponent olaraq böyüdyü təsbit edilib.
Tədqiqatçılar bunun qara dəliklər ətrafında nəzəri olaraq gözlənilən enerji artımı mexanizminin analoqu olduğunu vurğulayıblar.