Türkiyənin Antalya vilayəti yaxınlığında rusiyalı turistlərin olduğu avtobus qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, məlumatı İHA agentliyi yazıb.
Məlumata görə, Manavqat şəhəri yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və 18 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.