Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan növbəti dəfə revanşist fikirlər səsləndirib. O, Ermənistan Universitetinin tələbə və müəllimləri ilə görüşü zamanı Zəngəzur layihəsinin reallaşacağından təşvişə düşməsini gizlətməyib.
"Biz kifayət qədər çətin bir bölgədə yaşayırıq və bu bölgədə faktor olmalısan, ya da əksinə. Yəni britaniyalıların dediyi kimi, "əgər siz masa arxasında deyilsinizsə, deməli menyudasınız". İndi biz ya menyuda olacağıq, ya da faktora çevrilməli olacağıq", - o qeyd edib.
Hərbi cani qeyd edib ki, İrəvanın effektiv görünməsi üçün ölkəsi döyüşə hazır ordu qurmalıdır: "Döyüş qabiliyyətinə malik orduya sahib olmaq üçün isə bizə həm də hərbi və siyasi müttəfiqlər lazımdır. Biz Çin və ya Rusiya deyilik. Bu problemləri çox tez həll etmək lazımdır. Bu çatışmazlıqları bərpa etməsək, bu bölgənin menyusuna düşəcəyik".
O qeyd edib ki, bu regionda istənilən qeyri-sabit vəziyyət ermənilər üçün böyük risklər, hətta hədsiz risklər yaradacaq: "Zəngəzurun Azərbaycana qatılması kimi təhlükə var. Bu həm də Sevana (Göyçə). Sual yaranır, bizim istədiyimiz budurmu?".
Tural