AZ

Qırğızıstan Tacikistanla sərhədə tikanlı məftil hörməyə başlayıb

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan Tacikistanla dövlət sərhədinin demarkasiyasına başlayıb və bu çərçivədə hərbçilər sərhədi tikanlı məftillər çəkirlər.

Hafta.az-ın yazdığına görə, prosesəı Qırğızıstanın Batken vilayəti Koşmolo rayonun Tort-Gul kəndi ərazisində start verilib.

İş strateji əhəmiyyətli nöqtədə - Qırğızıstan, Özbəkistan və Tacikistan sərhədlərinin qovşağında yerləşən stelanın üzərində başlayıb. Mərasimdə Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini, Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DTX) rəhbəri Kamçıbek Taşiyev onlayn iştirak edib.

Birinci mərhələ 420 kilometrlik ərazidə tikanlı məftillərin çəkilməsini nəzərdə tutur. İşlərin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Sərhəd zonasında işlərin gedişini təmin etmək üçün sahə düşərgəsi tikilib, xüsusi texnika gətirilib.

Qeyd edək ki, martın 13-də Bişkekdə Qırğızıstan və Tacikistan prezidentləri iki ölkə arasında dövlət sərhədi haqqında Saziş imzalayıb, bundan sonra əvvəllər bağlanmış iki buraxılış məntəqəsi açılıb. Martın 31-də isə Xucənddə Tacikistan, Qırğızıstan və Özbəkistanın liderləri üç ölkənin dövlət sərhədlərinin qovuşma məntəqəsi haqqında Saziş imzalayıblar.

Yada salaq ki, delimitasiya başa çatdıqdan sonra Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 1006 kilometrdən çoxdur (əvvəllər bu rəqəm 970-980 kilometr idi).

Seçilən
1
hafta.az

1Mənbələr