Formula 1 komandası "Mersedes"in pilotu Corc Rassell üçün mövsüm stabil keçir.
Offsideplus.az xəbər verir ki, ingitlərəli sürücü ilk 5 yarışda 3 dəfə podiuma çıxmağı bacarıb. Buna görə də o, düşünür ki, müqavilənin müddəti yox, performans önəmlidir:
"Lyuis Hemilton burada olanda həmişə yayda müqavilələr müzakirə olunurdu. İndi sürücülər çox erkən uzunmüddətli müqavilələr imzalayırlar. Məncə, bunu edənlər özünə çox güvənməyənlər ola bilər. Müqavilən olsa belə, komanda səni erkən göndərə bilər. Önəmli olan performansdır".