ABŞ ilə köhnə münasibətlərin sona çatacaq! - Kanada
Ajans.az “Associated Press”a istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni parlament seçkilərində qalib gəldikdən sonra çıxışında deyib. "ABŞ-nin xəyanətinin şokunu yaşadıq, lakin onun dərslərini heç vaxt unutmamalıyıq. ABŞ-nin prezidenti Donald Tramp bizi sındırmağa çalışır ki, Amerika bizi ələ keçirsin. Bu, heç vaxt baş verməyəcək!". Karni həmçinin Kanadanın öz vətəndaşları üçün rifahı Birləşmiş Ştatlar olmadan da əldə edə biləcəyini vurğulayıb və iqtisadiyyatını Vaşinqtondan daha az asılı vəziyyətə salacağına söz verib. Bundan əvvəl məlum olmuşdu ki, Karninin rəhbərlik etdiyi Kanada Liberal Partiyası hökuməti formalaşdırmaq üçün parlamentdə kifayət qədər yer əldə edərək seçkilərdə qalib gəlib. Müxalifətdəki Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre artıq məğlubiyyətini etiraf edib.