“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında PSJ-yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis bugünkü görüş haqda bunları deyib:
“Karyeramın ən vacib oyunlarından biridir. Enerjimi hiss edə bilərsiniz. Bizimçün mövsümün “Emireytes”dəki ən vacib oyunudur. Daha çox şey qazanmaq istəyirəm. Ümid edirəm ki, arenaya gələn hər kəs özü ilə enerjisini də gətirməlidir. “Real”la oyuna necə yanaşdığımızı gördünüz. Tarix yazmaq üçün inanılmaz fürsətimiz var. Buna çox yaxınıq və şansımızdan istifadə etmək istəyirik”.
“Arsenal” – PSJ oyunu saat 23:00-da başlayacaq.