AZ

330 illik çinar ağacı: 2 dövlət, 15 padşah, 12 prezident görüb

Türkiyənin Tekirdağ bölgəsinin Şarköy rayonunun Uçmakdərə məhəlləsində yerləşən 330 illik ulu çinar ağacı, Osmanlı dövləti və Türkiyə Cümhuriyyəti olmaqla iki böyük dövlətə, 15 padşaha və 12 prezidentə şahidlik edib. Zamanla apardığı mübarizə ilə bu ağac sanki tarix kitablarına meydan oxuyur.

Sherg.az xəbər verir ki, Uçmakdərə məhəlləsində, təbiətin ortasında  tarixi bir  abidə kimi duran bu ağac həm yerli sakinlərin, həm də bölgəyə gələn turistlərin böyük marağına səbəb olur.

Çinarın gövdəsi illər ərzində təbii şəkildə genişlənib və içində böyük bir oyuq əmələ gəlib. Ağacın içərisinə 3-4 nəfər rahatlıqla girə bilir.

Sakinlər bu geniş oyuğun içində şəkil çəkdirir, bəzən də təbii mağaranı xatırladan bu boşluqda oturaraq təbiətlə bir olmaqdan zövq alırlar.

 
Ulu çinarın ətrafında gəzinti edən ziyarətçilər isə bu cür təbii abidələrin daha çox tanıdılmasının vacibliyini vurğulayırlar. Anıt ağac, Uçmakdərə məhəlləsinin həm təbii gözəlliklərini, həm də tarixi dərinliyini təcəssüm etdirən mühüm dəyərlərdən biridir.

Rəsmi şəxslər ağacın qorunması və gələcək nəsillərə ötürülməsi üçün mütəmadi baxım və nəzarət işlərinin davam etdiyini bildirirlər.
Seçilən
3
sherg.az

1Mənbələr