UNEC-in Təcrübənin Təşkili şöbəsi və "INNAB Business School"un birgə təşkilatçılığı ilə 29 May tarixində "Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu" keçiriləcək.
Bu barədə TƏHSİL.BİZ -ə UNEC-dən məlumat verilib.
Bildirilib ki, bu forum təhsil, təcrübə və karyera mövzusunda dəyərli dialoqlar üçün əvəzolunmaz bir fürsət təqdim edəcək.
Forumda:
Təhsil və iş dünyası bir araya gələcək;Əmək bazarının real ehtiyacları müzakirə olunacaq;Peşəkarlarla canlı workshoplarda biliklər paylaşılacaq;Gənclər üçün fürsətlər və əlaqələr yaradılacaq.
Əsas istiqamətlər:
Universitetlərlə işəgötürənlər arasında körpü qurmaq;Gənclərin peşəkar inkişafına dəstək olmaq;Şəbəkələşmə, təcrübə və inklüziv imkanlar;Peşəkar mütəxəssislərin təqdimatında workshoplar.
Tədbir hibrid formatdadır - istər UNEC-də, istər dünyanın istənilən nöqtəsindən onlayn şəkildə iştirak etmək olar.
Forumda iştirak etmək arzusunda olanlar bu linkdən qeydiyyatdan keçə bilərlər.
